Əsas Səhifə > Maraq > Robert Levandovski Polşada ilin idmançısı seçilib

Robert Levandovski Polşada ilin idmançısı seçilib


10-01-2022, 11:10
Robert Levandovski Polşada ilin idmançısı seçilib


Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski “Przegląd Sportowy” nəşri tərəfindən 2021-ci ildə Polşanın ən yaxşı idmançısı seçilib.
BrendSport.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasında üçüncü dəfə bu mükafatı alıb. O, daha əvvəl 2015-ci və 2020-ci illərdə bu nominasiyada qalib olub.
Xatırladaq ki, bundan əvvəl Levandovski 2021-ci ilin sonunda “Qızıl top” uğrunda mübarizədə ikinci olmuşdu. O, FIFA-nın 2021-ci ilin ən yaxşı oyunçusuna verdiyi "The Best" mükafatına da namizəddir.
Geri qayıt