Əsas Səhifə > Maraq > Karate üzrə böyüklər arasında respublika çempionatı start götürüb

Karate üzrə böyüklər arasında respublika çempionatı start götürüb


9-01-2022, 12:08
Karate üzrə böyüklər arasında respublika çempionatı start götürüb


Yanvarın 9-da Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman-Sağlamlıq Klubunda böyüklər arasında karate üzrə 29-cu respublika çempionatı start götürüb.
BrendSport.az xəbər verir ki, çempionatın kumite yarışlarında kişilər 60, 67, 75, 84, +84 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Qadın karateçilər isə 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələri üzrə yarışlarda güclərini sınayırlar. Kumite yarışları ilə yanaşı, karateçilər fərdi kata turnirində də iştirak edəcəklər.
Qalib və mükafatçılara Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının kubok, medal və diplomları təqdim olunacaq.
Geri qayıt