Əsas Səhifə > Maraq > “Dakar” ralli-marafonu Səudiyyə Ərəbistanında baş verən partlayışa görə dayandırılmayacaq

“Dakar” ralli-marafonu Səudiyyə Ərəbistanında baş verən partlayışa görə dayandırılmayacaq


8-01-2022, 12:29
“Dakar” ralli-marafonu Səudiyyə Ərəbistanında baş verən partlayışa görə dayandırılmayacaq

“Dakar” ralli-marafonu Səudiyyə Ərəbistanında baş verən partlayışa görə dayandırılmayacaq.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri yarışın direktoru David Kaster bildirib. O, hazırda yarışın dayandırılması məsələsinin qaldırılmadığını bildirib.
Qeyd edək ki, dekabrın 30-da “Dakar” rallisi başlamazdan əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş verən partlayışda texniki dəstək maşınında olan 5 nəfər yaralanıb. Baş verən insidentlə bağlı Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ralli-marafonun növbəti mərhələlərini ləğv etməyə çağırıb.
Məsafəsi 402 kilometr olacaq növbəti mərhələ yanvarın 9-da Ər-Riyadda baş tutacaq. “Dakar” ralli-marafonu yanvarın 14-də başa çatacaq.
Geri qayıt