Əsas Səhifə > Maraq > Beynəlxalq dərəcəli hakim Eldar Əliyev Çağırış kuboku yarışlarına təyinat alıb

Beynəlxalq dərəcəli hakim Eldar Əliyev Çağırış kuboku yarışlarına təyinat alıb


30-11-2021, 19:01
Beynəlxalq dərəcəli hakim Eldar Əliyev Çağırış kuboku yarışlarına təyinat alıb


Beynəlxalq dərəcəli hakim Eldar Əliyev kişi voleybolçular arasında keçirilən Çağırış kuboku yarışlarına təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, turnirin 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində Belarusun “Stroitel” və İsveçrənin “Lozanna” klubları arasında təşkil olunacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi moldovalı Viaçeslav Prozorov olacaq.
Görüş dekabrın 7-də Minskdə keçiriləcək.
Komandalar arasında ilk oyun dekabrın 1-də İsveçrədə təşkil olunacaq.
Geri qayıt