Əsas Səhifə > Maraq > Kərim Benzema: Fransanın ən yaxşı bombardiri olmağımla fəxr edirəm

Kərim Benzema: Fransanın ən yaxşı bombardiri olmağımla fəxr edirəm


29-11-2021, 19:13
Kərim Benzema: Fransanın ən yaxşı bombardiri olmağımla fəxr edirəm


İspaniya La Liqasının növbəti turu çərçivəsində “Real Madrid”in “Sevilya”nı 2:1 hesabı ilə məğlub etdiyi oyun madridlilərin fransalı hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
BrendSport.az xəbər verir ki, həmin oyunda karyerasında 361-ci dəfə fərqlənən Benzema ən çox qol vuran fransalı futbolçu kimi tarixə düşüb. O, 360 qolla indiyədək bu rekordun sahibi olan Tyeri Anrini geridə qoyub.
Benzema bununla bağlı tviterdəki paylaşımında Fransanın ən yaxşı bombardiri olması ilə fəxr etdiyini bildirib.
Geri qayıt