Əsas Səhifə > Maraq > Neftçi” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib

Neftçi” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib


24-11-2021, 20:09
Neftçi” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib


Noyabrın 24-də “Neftçi” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.
BrendSport.az kluba istinadla xəbər verir ki, onlayn şəkildə təşkil olunan iclasda komandanın son nəticələri və baş məşqçi Samir Abasovla hazırkı durum müzakirə edilib.
Sonra Müşahidə Şurasının üzvləri komandanın vəziyyətinin düzəldilməsi ilə bağlı fikirlərini bildiriblər.
Sonda baş məşqçiyə dəstək verən üzvlər Samir Abasovun qısa zaman ərzində komandanı toparlayacağına inandıqlarını qeyd ediblər və ona növbəti oyunlarda uğurlar arzulayıblar.
Geri qayıt