Əsas Səhifə > Maraq > Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçiləri ilə görüşüb

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçiləri ilə görüşüb


19-11-2021, 19:30


BrendSport.az xəbər verir ki, Bosniya Hersoqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) 1-ci, Pünhan Mürsəlov (45 kq) isə 3-cü yeri tutublar.

Nazir Fərid Qayıbov ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımızı təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.
Geri qayıt