Əsas Səhifə > Maraq > "Mourinyo məni pişiklə müqayisə edəndən sonra ona münasibətim dəyişdi"

"Mourinyo məni pişiklə müqayisə edəndən sonra ona münasibətim dəyişdi"


13-11-2017, 20:58



"Real"ın futbolçusu Kərim Benzema sabiq baş məşqçisi Joze Mourinyo ilə münasibətlərinin pisləşməsinin səbəbi barədə danışıb.

Fransalı hücumçu bildirib ki, 2011-ci ildə portuqaliyalı mütəxəssis onu pişiklə müqayisə etdikdən sonra Mourinyoya hörmət etməməyə başlayıb: "Onunla yaxşı münasibətimiz var idi. Amma sonra haqqımda yaxşı fikirlər söyləmədi. Mourinyo ilə bu barədə danışdım. Bildirdim ki, futbolçuyam, ona hörmət edirəm. O da mənə hörmət etməlidir. Əslində sakit insanam. Ancaq kimsə məni ələ salanda, düzünü danışıram".

Qeyd edək ki, Mourinyo mətbuat konfranslarının birində Benzemanı pişiklə müqayisə edib. Bununla bağlı o deyib: "Əgər sizin itiniz varsa, onunla ov etmək daha yaxşıdır. Amma əgər itlər yoxdurlarsa, pişiklə ov etmək lazım olur".

Qol.az
Geri qayıt