Əsas Səhifə > Maraq > Azərbaycan futbolçusu Almaniya klubunda 2020/2021-ci il mövsümünün ən yaxşısı seçilib

Azərbaycan futbolçusu Almaniya klubunda 2020/2021-ci il mövsümünün ən yaxşısı seçilib


18-10-2021, 18:15
Azərbaycan futbolçusu Almaniya klubunda 2020/2021-ci il mövsümünün ən yaxşısı seçilib


Azərbaycan millisində çıxış etmiş Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” klubunda 2020/2021-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.
BrendSport.az xəbər verir ki, sorğu onlayn formada gerçəkləşib.
Səsvermədə 336 azarkeş iştirak edib. Bunlardan 23 faizi 31 yaşlı hücumçunu mövsümün oyunçusu adına layiq görüb. Aue təmsilçisinin qapıçısı və kapitanı Martin Mannel ikinci yeri tutub.
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Ertsgebirge"nin şərəfini qoruyur. 2014-cü ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları görüşdə millinin formasını geyinib.
Geri qayıt