Əsas Səhifə > Maraq > UEFA Millətlər Liqasının “Dördlər finalı”nın ən baxımlı qolu müəyyənləşib

UEFA Millətlər Liqasının “Dördlər finalı”nın ən baxımlı qolu müəyyənləşib


13-10-2021, 18:31
UEFA Millətlər Liqasının “Dördlər finalı”nın ən baxımlı qolu müəyyənləşib


UEFA Millətlər Liqasının Milanda keçirilən “Dördlər finalı”nın ən baxımlı qolu müəyyənləşib.
BrendSport.az xarici KİV-ə istinadən xəbər verir ki, ən baxımlı qola Fransa millisinin 33 yaşlı hücumçusu Kərim Benzema final matçında imza atıb.
Xatırladaq ki, həmin qolu Benzema Fransa – İspaniya (3:2) matçının 66-cı dəqiqəsində vurub. Benzemanın müəllifi olduğu qoldan sonra hesab bərabərləşib – 2:2. Finalda Fransaya qələbə qazandıran qolu isə 80-ci dəqiqədə Kilian Mbappe vurub.
Geri qayıt