Əsas Səhifə > Maraq > “Mercedes”in pilotu Valtteri Bottas Formula 1 Türkiyə Qran-Prisinin qalibi olub

“Mercedes”in pilotu Valtteri Bottas Formula 1 Türkiyə Qran-Prisinin qalibi olub


10-10-2021, 20:41
“Mercedes”in pilotu Valtteri Bottas Formula 1 Türkiyə Qran-Prisinin qalibi olub


Oktyabrın 10-da Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, “İstanbul-Park” avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında “Mercedes”in pilotu Valtteri Bottas birinci olub. İlk üçlüyü “Red Bull Racing”in pilotları Maks Ferstappen və Serxio Peres tamamlayıblar.
V.Bottas mövsümdə birinci, karyerasında isə onuncu qələbəsini qazanıb. Türkiyə Qran-Prisi Formula 1 tarixinə düşüb. Belə ki, yarışın tarixində 12-ci dəfədir ki, bütün pilotlar yarışı başa vurmağı bacarıblar.
Beləliklə, Formula 1 üzrə dünya çempionatının Avropa mərhələsinə yekun vurulub.
Pilotların siyahısına 262,5 xalla M.Ferstappen başçılıq edir. Luis Hamilton ("Mercedes") 256,5 xalla ikinci, V.Bottas isə 177 xalla üçüncü pillədə yer alıb.
Konstruktorlar kubokunda "Mercedes" 433,5 xalla birincidir. Hesabında 397,5 xal olan "Red Bull Racing" ikinci, "McLaren" isə 240 xalla üçüncü yerdə qərarlaşıb.
Növbəti yarış iki həftə sonra ABŞ-da təşkil olunacaq.
Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.
Geri qayıt