Əsas Səhifə > Maraq > Yüksək Liqa: “Araz-Naxçıvan” komandası ikinci qələbəsini qazanıb

Yüksək Liqa: “Araz-Naxçıvan” komandası ikinci qələbəsini qazanıb


8-10-2021, 16:04
Yüksək Liqa: “Araz-Naxçıvan” komandası ikinci qələbəsini qazanıb


“Araz-Naxçıvan” komandası futzal üzrə Yüksək Liqada ikinci qələbəsini qazanıb.
BrendSport.az xəbər verir ki, oktyabrın 8-də yarışın ikinci turunda Naxçıvan təmsilçisi “Neftçi”ni qəbul edib. “Olimpk Star”da təşkil olunan matçda “Araz-Naxçıvan” 4:1 hesablı qələbə qazanıb.
Baş hakim Əli Cəbrayılovun idarə etdiyi oyunda Naxçıvan klubunun heyətində Xətai Bağırov və İsa Atayev dubl ediblər. Rəqib komandanın qolunu isə İlkin Hacıyev vurub.
İlk turda “Araz-Naxçıvan” komandası “Record club”a 4:2 hesabı ilə qalib gəlib, “Neftçi” isə EKOL-a uduzub – 2:9.
İkinci turun ilk oyununda “Baku Fire” komandası “Xilə”ni 7:5 hesabı ilə məğlub edib.
Tura oktyabrın 8-də keçiriləcək “Alyans” – “Record club” və EKOL – U-19 oyunları ilə yekun vurulacaq.
Geri qayıt