Əsas Səhifə > Maraq > Andorra – İngiltərə futbol matçını qadın hakimlər idarə edəcək

Andorra – İngiltərə futbol matçını qadın hakimlər idarə edəcək


7-10-2021, 19:01
Andorra – İngiltərə futbol matçını qadın hakimlər idarə edəcək


Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlardan birinin idarə edilməsi qadın hakimlərə tapşırılıb.
BrendSport.az xəbər verir ki, oktyabrın 9-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq Andorra – İngiltərə matçının baş hakimi ukraynalı Yekaterina Monzul olacaq. Ona həmyerliləri Svetlana Qruşko və Marina Streletskaya kömək edəcəklər. Matçın videonəzarət sistemi (VAR) üzrə hakimi isə fransalı Stefani Frappar olacaq.
Xatırladaq ki, Yekaterina Monzul futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya – Farer Adaları (3:1) matçını da idarə edib.
Geri qayıt