Əsas Səhifə > Maraq > Bu gün UEFA Millətlər Liqasının ikinci finalçısı müəyyənləşəcək

Bu gün UEFA Millətlər Liqasının ikinci finalçısı müəyyənləşəcək


7-10-2021, 11:25
Bu gün UEFA Millətlər Liqasının ikinci finalçısı müəyyənləşəcək


Oktyabrın 7-də futbol üzrə UEFA Millətlər Liqasında final mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək.
BrendSport.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci görüşündə Belçika və Fransa yığmaları üz-üzə gələcək. Turindəki “Yuventus” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.
Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən birinci görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Turnirdə üçüncü yer uğrunda oyun və final matçı oktyabrın 10-da keçiriləcək.
Xatırladaq ki, UEFA Millətlər Liqası ikinci dəfə təşkil olunur. Bu turnirin ilk qalibi Portuqaliya millisi olub.
Geri qayıt