Əsas Səhifə > Maraq > İspaniya La Liqası: “Atletiko” iki cavabsız qolla “Barselona”nı məğlub edib

İspaniya La Liqası: “Atletiko” iki cavabsız qolla “Barselona”nı məğlub edib


3-10-2021, 01:00
İspaniya La Liqası: “Atletiko” iki cavabsız qolla “Barselona”nı məğlub edib

Oktyabrın 2-də futbol üzrə İspaniya La Liqasının 8-ci turunun mərkəzi qarşılaşması keçirilib.
BrendSport.az xəbər verir ki, “Metropolitano” stadionunda keçirilən görüşdə “Atletiko Madrid” klubu “Barselona”nı qəbul edib.
Gərgin keçən görüş meydan sahiblərinin xeyrinə başa çatıb - 2:0.
Madrid təmsilçisinin heyətində Tomas Lemar və Luis Suares fərqləniblər.
Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran "Atletiko Madrid" ikinci pilləyə yüksəlib. "Barselona" isə 12 xalla 10-cu yerdə qərarlaşıb. Hazırda turnir cədvəlinə bir oyun az keçirən “Real Madrid” başçılıq edir. “Kral” klubunun aktivində 17 xal var.
Karlo Ançelottinin yetirmələri bu gün səfərdə “Espanyol” komandasının qonağı olacaqlar.
Geri qayıt