Əsas Səhifə > Maraq > Həvəskar tennisçilər arasında "Zəfər Kuboku" turniri keçiriləcək

Həvəskar tennisçilər arasında "Zəfər Kuboku" turniri keçiriləcək


24-09-2021, 14:56


Sentyabrın 25-də İdman Tennis Kompleksində həvəskar tennisçilər arasında “Zəfər kuboku” turniri keçiriləcək.
Gənclər və İdman Nazirliyindən BrendSport.az-a bildiriblər ki, turnir ikinci Qarabağ müharibəsi şəhidi, gizir Elvin İslamovun xatirəsinə həsr ediləcək. Yarış qrup, pley-off mərhələsi və finaldan ibarət olacaq.
Qalib gələn iştirakçılara kubok, medal və xatirə hədiyyələri təqdim ediləcək.
Geri qayıt