Əsas Səhifə > Maraq > “Forbes” jurnalı ən çox qazanan futbolçuların reytinqini dərc edib

“Forbes” jurnalı ən çox qazanan futbolçuların reytinqini dərc edib


22-09-2021, 13:04
“Forbes” jurnalı ən çox qazanan futbolçuların reytinqini dərc edib


“Forbes” jurnalı 2021-ci ildə ən çox qazanan futbolçuların reytinqini dərc edib.
BrendSport.az nəşrin saytına istinadla xəbər verir ki, "Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 2021-ci ilin ən çox qazanan futbolçuları siyahısında birinci yeri tutub. Portuqaliyalı ümumilikdə, 125 milyon dollar qazanıb ki, bunun da 70 milyon dolları əmək haqqı, 55 milyon dolları isə reklam müqavilələrindən əldə edilib. Reytinqdə ikinci yeri 110 milyon dollar (75 milyon dollar əmək haqqı, 35 milyon dollar reklam müqavilələri) qazanan PSJ-nin argentinalı hücumçusu Lionel Messi tutub.
Reytinqdə ilk 10-luqda qərarlaşan futbolçuların siyahısında növbəti yerlərdə braziliyalı hücumçu Neymar (PSJ, 95 milyon dollar), fransalı Kilian Mbappe (PSJ, 43 milyon), İngiltərənin "Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah (41 milyon), "Bavariya"nın polşalı hücumçusu Robert Levandovski (35 milyon), Yaponiyanın "Vissel" klubunun ispaniyalı yarımmüdafiəçisi Kobe Andres İnyesta (35 milyon dollar), “Mançester Yunayted”in fransalı yarımmüdafiəçi Pol Poqba (34 milyon dollar) və İspaniyanın "Real Madrid" klubunun hücumçusu Qaret Beyl (32 milyon dollar), klubun yarımmüdafiəçisi belçikalı Eden Azar (29 milyon dollar) qərarlaşıblar.
Ronaldo “Qızıl top”un, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. O, "Mançester Yunayted"in heyətində üç dəfə İngiltərə çempionu olub, İngiltərə Kubokunun və Çempionlar Liqasını qazanıb.
Geri qayıt