Əsas Səhifə > Maraq > “Omoniya”nın baş məşqçisi Henninq Berq: “Qarabağ” səviyyəmizə yaxın kollektivdir

“Omoniya”nın baş məşqçisi Henninq Berq: “Qarabağ” səviyyəmizə yaxın kollektivdir


14-09-2021, 13:49
“Omoniya”nın baş məşqçisi Henninq Berq: “Qarabağ” səviyyəmizə yaxın kollektivdir


Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür.
BrendSport.az xəbər verir ki, bunu Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq mətbuata açıqlamasında deyib.
Norveçli mütəxəssis bildirib ki, “Bazel” (İsveçrə) yüksək səviyyəli komandadır. “Qarabağ” səviyyəmizə yaxın kollektivdir. “Kayrat”ın (Qazaxıstan) hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır.
Qeyd edək ki, “Omoniya” sentyabrın 16-da “Kayrat”ın qonağı olacaq. Ağdam təmsilçisi isə Bakıda “Bazel”i qəbul edəcək. “Qarabağ” sentyabrın 30-da Kipr təmsilçisinin qonağı olacaq.
Geri qayıt