Əsas Səhifə > Maraq > “Qarabağ” - “Bazel” matçını belçikalı hakimlər briqadası idarə edəcək

“Qarabağ” - “Bazel” matçını belçikalı hakimlər briqadası idarə edəcək


14-09-2021, 12:56
“Qarabağ” - “Bazel” matçını belçikalı hakimlər briqadası idarə edəcək


UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində İsveçrənin “Bazel” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun oyununa hakim təyinatları bəlli olub.
BrendSport.az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapışırılıb.
Matçın baş hakimi FIFA referisi Erik Lambrexts olacaq. Ona Rin Fanizere və Yo de Veyrdt köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.
Geri qayıt