Əsas Səhifə > Maraq > Dövlət Bayrağı Gününə həsr olunmuş minifutbol turniri keçirilib

Dövlət Bayrağı Gününə həsr olunmuş minifutbol turniri keçirilib


10-11-2017, 13:47



“Keşlə” futbol klubu və Nizami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nizami rayon məktəbliləri arasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş minifutbol turniri keçirilib.

“İnter Arena”da keçirilən turnirə Nizami rayonu ərazisində yerləşən 8 məktəbin komandası qatılıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda 227 nömrəli orta məktəbin komandası qalib gəlib. 214 nömrəli orta məktəbin komandası ikinci, 242 nömrəli orta məktəb isə üçüncü yeri tutub.

Qaliblərə diplom və medallar, o cümlədən xatirə hədiyyələri təqdim edilib.

Azərtac.az
Geri qayıt