Əsas Səhifə > Maraq > Oğlanlar arasında “Avropa basketbol həftəsi” turniri keçiriləcək

Oğlanlar arasında “Avropa basketbol həftəsi” turniri keçiriləcək


9-09-2021, 14:59
Oğlanlar arasında “Avropa basketbol həftəsi” turniri keçiriləcək

Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında “Avropa basketbol həftəsi” turniri keçiriləcək.
BrendSport.az xəbər verir ki, turnir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.
Turnir xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisələrin şagirdləri, məzunları, eyni zamanda, ailələrdən olan idmançılar arasında “UNIFIED Sports” proqramına uyğun keçiriləcək.
Yarışda 120-yə yaxın atlet iştirak edəcək. Turnir 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.
Geri qayıt