Əsas Səhifə > Maraq > Birinci MDB Oyunları: Bu gün Azərbaycan təmsilçiləri idmanın 4 növü üzrə yarışlarda mübarizə aparacaqlar

Birinci MDB Oyunları: Bu gün Azərbaycan təmsilçiləri idmanın 4 növü üzrə yarışlarda mübarizə aparacaqlar


9-09-2021, 11:27
Birinci MDB Oyunları: Bu gün Azərbaycan təmsilçiləri idmanın 4 növü üzrə yarışlarda mübarizə aparacaqlar


Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir.
BrendSport.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri 4 növ üzrə yarışlarda mübarizə aparacaqlar.
Cüdoçular bu gündən mübarizəyə qoşulurlar. Oğlanların yarışında 9 cüdoçumuz iştirak edəcək. Qızların yarışında isə 7 təmsilçimiz tatami üzərinə çıxacaq.
Stolüstü tennis və badminton idman növlərində təmsilçilərimiz qoşa və fərdi proqram üzrə çıxış edəcəklər. İlk turda Belarus yığmasına 0:6 hesabı ilə uduzan futzal yığmamız bu dəfə Qırğızıstanla üz-üzə gələcək.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 39 (11 qızıl, 9 gümüş və 19 bürünc) medal var.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.
Geri qayıt