Əsas Səhifə > Maraq > Bakının “Neftçi” klubu daha bir braziliyalı futbolçu ilə anlaşıb

Bakının “Neftçi” klubu daha bir braziliyalı futbolçu ilə anlaşıb


8-09-2021, 16:11
Bakının “Neftçi” klubu daha bir braziliyalı futbolçu ilə anlaşıb


Heyətini gücləndirməyə çalışan Bakının “Neftçi” klubu daha bir braziliyalı futbolçu ilə anlaşıb. Ramon Maçadonun transferindən sonra onun həmyerlisi Tyaqo Bezerra da Azərbaycan çempionunun uğurları üçün çalışacaq.
BrendSport.az xəbər verir ki, artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər və hücumçu Bakıya gəlib. Bezerra son olaraq Qətərin “Əl-Sailiya” klubunda çıxış edib. O, daha öncə bu ölkədə “Əl-Xor”, Özbəkistanda “Paxtakor”, Türkiyədə “Adana Dəmirspor”, “Adanaspor”, “Altay”, “Karşıyaka”, Səudiyyə Ərəbistanında “Əl-Qadisiya”, Küveytdə “Əl-Ərəbi”, Belçikada “La Luvyer”, Braziliyada isə CRB klublarının formasını geyinib.
Geri qayıt