Əsas Səhifə > Maraq > “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Nigeriya millisinə qarşı oynayıb

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Nigeriya millisinə qarşı oynayıb


8-09-2021, 14:10
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Nigeriya millisinə qarşı oynayıb


Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb.
BrendSport.az xəbər verir ki, o, dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində Nigeriya millisinə qarşı keçirilən oyunda iştirak edib.
İyirmi səkkiz yaşlı futbolçu komandasının start heyətində yer alıb və 77-ci dəqiqədə əvəzlənib.
Matç Kabo-Verde yığmasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Geri qayıt