Əsas Səhifə > Maraq > Gimnastımız Sloveniyada ənənəvi dünya kuboku yarışlarında iştirak edib

Gimnastımız Sloveniyada ənənəvi dünya kuboku yarışlarında iştirak edib


7-09-2021, 02:09
Gimnastımız Sloveniyada ənənəvi dünya kuboku yarışlarında iştirak edib


Sloveniyanın Koper şəhərində idman gimnastikası üzrə ənənəvi dünya kuboku yarışları təşkil olunub.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi, qadın idman gimnastikası üzrə yığma komandamızın üzvü Milana Minakovskaya da iştirak edib.
Böyük gimnastlar arasında bu ildən çıxış etməyə başlamış M.Minakovskaya turnirdə 2 alət üzrə yarışıb. O, müxtəlif hündürlüklü qollarda 17-ci, gimnastika tirində isə 24-cü olub.
Geri qayıt