Əsas Səhifə > Maraq > Güləşçimiz Ağanəzər Novruzov dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib

Güləşçimiz Ağanəzər Novruzov dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib


20-07-2021, 00:35


İyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb.
BrendSport.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Millimizin üzvü Hacı Kərimov (48 kq) dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbə ilə başlayıb. Ancaq güləşçimiz dörddəbir finalda Gürcüstan idmançısına uduzub.
Cavid Cavadov (55 kq) səkkizdəbir finalda qazaxıstanlı həmkarı ilə bacarmayıb.
Dünya çempionatında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ağanəzər Novruzov startda Çexiya təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Millimizin üzvü yerli güləşçiyə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Onun növbəti rəqibi ABŞ idmançısı olacaq.
Səttərxan Allahverdili (80 kq) debütdə rumıniyalı rəqibini "tuşe" ilə üstələyib. Həmyerlimiz daha sonra Türkiyə pəhləvanından güclü olub. Ancaq dörddəbir finalda hindistanlı güləşçiyə uduzub.
Digər güləşçimiz Azay İsmayılov (110 kq) ilk görüşdə Türkiyə idmançısına məğlub olub.
Geri qayıt