Əsas Səhifə > Maraq > “Volfsburq” klubu “Mançester Siti”nin hücumçusunu transfer edib

“Volfsburq” klubu “Mançester Siti”nin hücumçusunu transfer edib


17-07-2021, 21:24
“Volfsburq” klubu “Mançester Siti”nin hücumçusunu transfer edib


İngiltərənin “Mançester Siti” futbol klubunun hücumçusu Lukas Nmeça karyerasını Almaniyada davam etdirəcək.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, 22 yaşlı almaniyalı hücumçu “Volfsburq”a transfer olunub. Bundesliqa təmsilçisi Nmeça ilə dördillik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, hücumçu ötən mövsüm icarə əsasında oynadığı “Anderlext”də 41 oyuna 21 qol vurub.
Geri qayıt