Əsas Səhifə > Maraq > Aleksandr Zinçenko İsveç-Ukrayna matçının ən yaxşı futbolçusu seçilib

Aleksandr Zinçenko İsveç-Ukrayna matçının ən yaxşı futbolçusu seçilib


30-06-2021, 15:05


BrendSport.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Ukrayna yığmasının üzvü Aleksandr Zinçenko görüşün ən yaxşısı seçilib. A.Zinçenko İsveç millisi ilə matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, İsveç millisini “Avro-2020”dən kənarlaşdıran Ukrayna yığması tarixində ilk dəfə turnirin dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə Ukrayna millisi İngiltərə yığması ilə qarşılaşacaq. Matç iyulun 3-də Romada təşkil olunacaq.
Geri qayıt