Əsas Səhifə > Maraq > “Bavariya” klubu “Leyptsiq”in baş məşqçisi ilə anlaşıb

“Bavariya” klubu “Leyptsiq”in baş məşqçisi ilə anlaşıb


27-04-2021, 15:25


BrendSport.az xəbər verir ki, bu barədə “Bild” nəşrinin müxbiri Kristian Falk özünün “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, Münxen təmsilçisinin hazırkı baş məşqçisi Hans-Diter Fliki növbəti mövsümdən 34 yaşlı mütəxəssis əvəzləyəcək.

“Kicker” nəşri isə yazıb ki, Naqelsman “Leyptsiq” rəhbərliyinə müraciət edərək, müqaviləsinə xitam verilməsini xahiş edib.

Hans-Diter Flikin Almaniya millisinin sükanı arxasına keçəcəyi gözlənilir.
Geri qayıt