Əsas Səhifə > Maraq > FIDE-nin reytinq cədvəlində ilk onluqda iki şahmatçımız yer alıb

FIDE-nin reytinq cədvəlində ilk onluqda iki şahmatçımız yer alıb


2-11-2020, 15:25
FIDE-nin reytinq cədvəlində ilk onluqda iki şahmatçımız yer alıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
BrendSport.az xəbər verir ki, ilk onluqda ötən ayda olduğu kimi Azərbaycanın 2 şahmatçısı yer alıb. Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək 8-ci sıraya düşüb. Onun hesabında 2770 xal var. Teymur Rəcəbov 2765 xalla əvvəlki kimi onluğu qapayır.
İlk yüzlükdə daha 3 şahmatçımız qərarlaşıb. Belə ki, Nicat Abbasov (2668 xal) 3 pillə irəliləyərək 72-ci yerə yüksəlib. Qədir Hüseynov (2665 xal) 2 pillə geriləyərək 75-ci yerdə qərarlaşıb. Rauf Məmmədov (2654 xal) isə 2 pillə geriləyib. Hazırda o, 95-ci yerdədir.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2862 xal) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2823 xal) ikinci, çinli Liren Dinq (2791 xal) isə üçüncü pillədədirlər.
Qadınların reytinq cədvəlinin ilk yüzlüyündə Azərbaycan şahmatçılarından Günay Məmmədzadə 2443 xalla 3 pillə geriləyərək 31-ci yerdə qərarlaşıb. Yeddi pillə geriləyən şahmatçılarımız Gülnar Məmmədova (2382 xal) 80-ci, Xanım Balacayeva (2376 xal) 89-cu mövqedə qərarlaşıblar.
Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2592 xal) və hindistanlı Hampi Koneru (2586 xal) ilk üçlüyü tamamlayıblar.
Geri qayıt