Əsas Səhifə > Maraq > Formula 1 2020-ci il mövsümündə azı 15 yarış təşkil edəcək

Formula 1 2020-ci il mövsümündə azı 15 yarış təşkil edəcək


4-06-2020, 02:33
Formula 1 2020-ci il mövsümündə azı 15 yarış təşkil edəcək


Formula 1 üzrə dünya çempionatı çərçivəsində 2020-ci il mövsümündə ən azı 15 yarış təşkil ediləcək.
BrendSport.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti rəsmi açıqlamasında məlumat verib. Məlumatda bildirilir ki, koronavirus pandemiyasına görə, beynəlxalq səviyyədə davam edən qeyri-müəyyənlik səbəbindən Formula 1 daha geniş təqvimin detallarını dəqiqləşdirərək yaxın həftələrdə yayımlayacağını düşünür. Formula 1 rəhbərliyi bu ilin dekabrına, mövsümün sonunadək 15-18 yarış keçirə biləcəyinə ümid edir.
Qeyd edilib ki, hazırda start yarışları tamaşaçısız keçirilməsi planlaşdırılsa da, vəziyyət təhlükəsiz olarsa, azarkeşlər yenidən tribunaya qayıda biləcəklər.
Xatırladaq ki, bundan əvvəl Formula 1 rəhbərliyi 2020-ci il mövsümünün ilk səkkiz mərhələsinin cədvəlini təqdim etmişdi. Onların hamısı Avropada keçiriləcək.
Geri qayıt