Əsas Səhifə > Maraq > Formula 1: 2020-ci il mövsümünə Bakıda start verilə bilər

Formula 1: 2020-ci il mövsümünə Bakıda start verilə bilər


13-03-2020, 20:16
Formula 1: 2020-ci il mövsümünə Bakıda start verilə bilər

Formula 1 mövsümünün başlanması koronavirusa görə pozulub. Avropa yaz mərhələlərinin təxirə salınacağının mümkünlüyünü nəzərə alaraq, komandalarının rəhbərləri ötən gecə Melburnda Ross Braun ilə təqvimdəki dəyişikləri müzakirə ediblər.
BrendSport.az F1News.ru-ya istinadən xəbər verir ki, epidemiya may ayında səngiməsə, 2020-ci il mövsümü iyunun əvvəlində Bakı mərhələsi ilə start götürə bilər. Bir və ya iki Avropa mərhələsinin isə ənənəvi yay fasiləsinin əvəzinə avqust ayında keçirilməsi mümkündür. Formula 1-in rəhbərliyi mövsüm ərzində 17-18 Qran-Pri keçirməyi nəzərdə tutur.
Lakin vəziyyət çox sürətlə dəyişdiyindən bu qədər uzaq perspektivə ümid bəsləmək hələlik çətindir.
Geri qayıt