Əsas Səhifə > Maraq > AİJF 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə qadın idman jurnalistlərini mükafatlandırıb

AİJF 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə qadın idman jurnalistlərini mükafatlandırıb


6-03-2020, 18:03


Martın 6-da Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində təşkil edilən tədbirdə Azərbaycanın qadın idman jurnalistləri ilə görüş olub.

Tədbirdə çıxış edən AİJF-in rəhbəri Qabil Mehdiyev yeni yaranmış federasiyanın fəaliyyətindən bəhs edib. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafından danışan federasiya rəhbəri idmanın təbliğində qadın jurnalistlərin də əhəmiyyətli rol oynadığını vurğulayıb. Q.Mehdiyev sonda federasiya adından bu sahədə çalışan xanım jurnalistləri 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək bu məsuliyyətli və çətin işdə onlara uğurlar arzulayıb.

Sonra qadın jurnalistlərə federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunub.


AZƏRTAC
Geri qayıt