Əsas Səhifə > Maraq > Türkiyə millisinin “AGF Junior Trophy” beynəlxalq turniri üçün heyəti açıqlanıb

Türkiyə millisinin “AGF Junior Trophy” beynəlxalq turniri üçün heyəti açıqlanıb


4-03-2020, 17:59
Türkiyə millisinin “AGF Junior Trophy” beynəlxalq turniri üçün heyəti açıqlanıb

Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə kişi idman gimnastikası üzrə birinci “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.
BrendSport.az
AGF-yə istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 7 ölkədən gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.
Türkiyə millisinin turnir üçün heyəti açıqlanıb. Heyətdə Kerem Şener, Hasan Bulut, Mert Efe Kılıçer, Mert Çakmak və Arda Volkan Hamarat yer alıblar.
Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.
Geri qayıt