Əsas Səhifə > Maraq > “IL’Azero” İndoneziyanın “Jakarta Pertamina Energi” voleybol klubu ilə əməkdaşlıq edir

“IL’Azero” İndoneziyanın “Jakarta Pertamina Energi” voleybol klubu ilə əməkdaşlıq edir


27-11-2019, 12:23


Azərbaycanın ilk idman geyimi brendi “IL’Azero” yeni uğura imza atıb.

BrendSport.az xəbər verir ki, şirkət qadın voleybol komandaları arasında keçirilən İndoneziya Proliqasında çıxış edən “Jakarta Pertamina Energi” klubu ilə müqavilə imzalayıb. Belə ki, komanda “IL’Azero”nun hazırladığı formalarda meydana çıxacaq.

“Jakarta Pertamina Energi” klubuna baş məşqçi təyin olunan azərbaycanlı gənc və peşəkar mütəxəssis Ziya Rəcəbov, transfer olunan milli komandamızın kapitanı Odina Əliyevanın komandaya təqdimatı zamanı onlar tədbirə məhz “IL’Azero”nun hazırladığı formada qatılıblar.

Avropada yetərincə tanınan Azərbaycan brendinin yaradıcıları artıq hüdudları genişləndirməyi qarşıya məqsəd qoyublar. Rusiya və Ukraynada voleybol klubları, həmçinin ölkəmizdə və xaricdə titullu idmançıların seçimi olan “IL’Azero” “Jakarta Pertamina Energi” komandası üçün formaları xüsusi zövqlə hazırlayıb. Formalar hazırlanarkən İndoneziya ornamentləri ilə yanaşı, milli naxışlarımızdan da istifadə olunub. Bu da “IL’Azero”nun Azərbaycanla bağlılığının göstəricisidir.

Şirkətin təsisçisi İlqar İmamquliyev bildirib ki, əsas hədəfimiz “IL’Azero”nu beynəlxalq arenada təbliğinə nail olmaqdır. Azda olsa, buna nail olmuşuq. Ölkəmizdə müxtəlif idman növləri üzrə atletlər idman məhsullarımızdan istifadə edirlər. Həmçinin bəzi komandalar istehsal etdiyimiz məhsullarla yarışlara çıxırlar. “IL’Azero” Avropada da yetərincə tanınıb. Sevindirici haldır ki, İndoneziya klubundan belə bir təklif aldıq. Əldə olunan nailiyyətlər bizi yeni uğurlara həvəsləndirir.



Geri qayıt