Əsas Səhifə > Maraq > Parataekvondo üzrə Azərbaycan yığması Avropa çempionatında iştirak edir

Parataekvondo üzrə Azərbaycan yığması Avropa çempionatında iştirak edir


30-10-2019, 16:42


Parataekvondo üzrə Azərbaycan yığma komandası İtaliyada keçirilən Avropa çempionatında iştirak edir.

Azərbaycan Milli Paralimpiya Komitəsindən BrendSport.az -a bildiriblər ki, qitə çempionatında ölkəmizi baş məşqçi Fərid Tağızadənin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə Aynur Məmmədova, Röyalə Fətəliyeva, Elimxan Manafov, İmaməddin Xəlilov, Sadiq Həmidov, Əbülfəz Abuzərli, Hüseyn Həsənov və Vüqar Adışirinov təmsil edirlər.

Bari şəhərində keçirilən yarışlara noyabrın 1-də yekun vurulacaq.
Geri qayıt