Əsas Səhifə > Maraq > Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar

Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar


21-07-2019, 06:39
Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar
Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

BrendSport.az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları üç medal qazanıblar. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub.
Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb.
Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal əldə edib.
Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.
Geri qayıt