Əsas Səhifə > Maraq > Bukmeykerlər “Mercedes”in pilotu Lyuis Hemiltonu Bakıdakı yürüşlərin favoriti hesab edir

Bukmeykerlər “Mercedes”in pilotu Lyuis Hemiltonu Bakıdakı yürüşlərin favoriti hesab edir


23-04-2019, 08:10


“William Hill” bukmeyker kontoru Formula 1 çempionatının Azərbaycan Qran-Prisində qələbəyə qoyulan mərclərin kursunu dərc edib.

BrendSport.az xəbər verir ki, bukmeykerlər “Mercedes”in pilotu Lyuis Hemiltonu Bakıdakı yürüşlərin favoriti qismində görürlər. İkinci yerdə Sebastyan Fetteldir. Onların ortaqları olan Valtteri Bottasın və Şarl Leklerin qələbəyə şansları eyni dəyərləndirilir.

Şəxsi hesabda qələbəyə Lyuis Hemilton əminliklə liderlik edir. Sebastyan Fettelin titulu qazanmaq şansı 3 dəfə az qiymətləndirilir.

Üç yürüşdən sonra “Mercedes” komandası “Ferrari” və “Red Bull Racing” komandalarının birlikdə topladığından daha çox xal qazanıblar. Təəccüblü deyil ki, bukmeykerlər komandaların Konstruktorlar Kubokunda qələbəsinə şübhə etmirlər.
Geri qayıt