Əsas Səhifə > Maraq > Sumoçumuz Avropa çempionatında iki qızıl medal qazanıb

Sumoçumuz Avropa çempionatında iki qızıl medal qazanıb


20-04-2019, 14:29
Sumoçumuz Avropa çempionatında iki qızıl medal qazanıb
Azərbaycan sumoçusu Camal Feyziyev Estoniyanın paytaxtı Tallinndə keçirilən sumo üzrə XXIII Avropa çempionatında iki qızıl medal qazanıb.

BrendSport.az xəbər verir ki, C.Feyziyev 115 və 115 kiloqramdan yuxarı çəki dərəcələrində Avropa çempionu olub. İlk görüşdə (+115 kq) Polşa idmançısını məğlub edən C.Feyziyev yarımfinalda Gürcüstan təmsilçisini üstələyib. Sumoçumuz finalda gürcüstanlı daha bir idmançını məğlub edərək Avropa çempionu olub.
C.Feyziyev 115 kiloqram çəki dərəcəsində isə ilk görüşdə Rusiya idmançısından üstün olub. Ukraynalı sumoçunu da məğlub edən C.Feyziyev yarımfinalda Polşa təmsilçisini mübarizədən kənarlaşdırıb. Finalda daha bir ukraynalı idmançını məğlub edən C.Feyziyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün çıxış edən digər idmançılarımız Məhərrəm Eyvazov (60 kq) və Nahid Vəliyev (60 kq) birinci qarşılaşmada qələbə qazansalar da, ikinci görüşdə mübarizəni dayandırıblar.
Xatırladaq ki, idmançılarımız çempionatda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.
Qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edir.
Avropa çempionatında 17 ölkədən 350-dən çox idmançı gücünü sınayır.
Geri qayıt