Əsas Səhifə > Maraq > Xüsusi olimpiyaçılar arasında həndbol yarışlarının qalibləri bəlli olub

Xüsusi olimpiyaçılar arasında həndbol yarışlarının qalibləri bəlli olub


16-04-2019, 07:09
Xüsusi olimpiyaçılar arasında həndbol yarışlarının qalibləri bəlli olub
Xüsusi olimpiyaçı qızlar arasında həndbol üzrə respublika seçmə yarışları keçirilib.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən BrendSport.az-a verilən məlumata görə, yarışlar 4 nömrəli xüsusi internat məktəbində təşkil edilib.
Yekun nəticələrə görə, birinci divizionda Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi birinci yeri tutub. İkinci divizionda Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbi qalib olub. Üçüncü divizionda isə Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin komandası ilk pillədə qərarlaşıb.
Geri qayıt