Əsas Səhifə > Maraq > Bakı şəhəri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin spartakiadasına yekun vurulub

Bakı şəhəri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin spartakiadasına yekun vurulub


13-04-2019, 02:33
Bakı şəhəri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin spartakiadasına yekun vurulub
Bakı şəhəri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) xidmətində olan müəssisə və təşkilatlarda çalışan həmkarlar ittifaqlarının üzvləri arasında spartakiadaya yekun vurulub.

Komitədən BrendSport.az-a bildiriblər ki, spartakiada şahmat, dama və nərd idman növləri üzrə keçirilib. Spartakiadanın səffaf və ədalətli keçirilməsinə MİHİ RK-nın üç nəfərdən ibarət münsiflər heyəti və həmin idman növləri üzrə təyin olunmuş hakimlər nəzarət edib.
Şahmat yarışında Kənan Heydərli (AHİTA), Ramiz Quliyev (AZƏRTAC) və Əli Mədətov (AHİK) müvafiq olaraq fəxri kürsünün ilk üç pilləsində qərarlaşıblar. Dama yarışında Elxan Quliyev (AzDram) birinci, Ruslan Bağırov (AHİK) ikinci, Abbasəli Yadigarov (AZƏRTAC) üçüncü olublar. Nərd yarışında isə Ülvi Məcidov (Mədəniyyət Baş İdarəsi), Zümrüd Əliyeva (37 saylı UMM) və Məhəmməd Vəliyev (24 saylı MM) mükafata layiq görülüblər.
Ənənəvi spartakiada 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunub.
Qaliblərin təntənəli mükafatlandırılması mərasimi MİHİ RK-da keçirilib.
Geri qayıt