Əsas Səhifə > Maraq > Maradonadan Peleyə dəstək

Maradonadan Peleyə dəstək


12-04-2019, 13:20


BrendSport.az xəbər verir ki, Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona bir neçə gün öncə xəstəxanaya yerləşdirilən və daha sonra evə buraxılan Peleyə dəstək olub. Şəxsi "İnstaqram” hesabından braziliyalı veteran futbolçu ilə 40 il əvvəl çəkilmiş fotosunu paylaşan Maradona ona tez sağalmağı arzu edib:
"Bu gün bu fotonun 40 yaşı tamam olur. Foto Rio-de-Jeneyroda şəxsi görüşümüz zamanı çəkilib. Biz necə gənc olmuşuq… Kral Pele, mən sənə tezliklə sağalmağını və daha güclü olmağını arzulayıram”. Qeyd edək ki, Pele ötən həftə Parisdə PSJ-nin hücumçusu Kilian Mbappe ilə görüşdən sonra səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Futbolçu artıq evə buraxılıb.
Geri qayıt