Əsas Səhifə > Maraq > Bakıda keçiriləcək Formula 2 yarışlarının təqvimi açıqlanıb

Bakıda keçiriləcək Formula 2 yarışlarının təqvimi açıqlanıb


11-04-2019, 20:39


Aprelin 26-28-də Bakı şəhər halqasında Formula 2 yarışları keçiriləcək.


BrendSport.az xəbər verir ki, yarışda 10 komandadan 20 pilot birincilik uğrunda mübarizə aparacaq.

Aprelin 26-da saat 11:30-da sərbəst yürüşlər təşkil olunacaq. Həmin gün saat 16:50-də təsnifat yarışlarına start veriləcək. Aprelin 27-də saat 13:10-da birinci, bir gün sonra isə 14:15-də ikinci yarış keçiriləcək. İlk yarışda pilotlar 32, növbəti yürüşdə isə 23 dövrə vuracaqlar.

Bəhreyndə təşkil olunan ilk yarışdan sonra hesabında 37 xal olan “UNİ-Virtuosi Racing” komandasının üzvü italiyalı Luka Qiotto pilotların sıralamasında birinci pillədə yer alıb. “DAMS”ın pilotları Nikolas Latifi (Kanada) 35 xalla ikinci, braziliyalı Serxio Sette Kamara isə 27 xalla üçüncüdür.

On bir mərhələdən ibarət yarışa sentyabrın 27-29-da Rusiyanın Soçi şəhərində yekun vurulacaq.
Geri qayıt