Əsas Səhifə > Maraq > Teymur Rəcəbov: Dinq Liren səhv etsəydi, üstünlük qazanmaq imkanı yarana bilərdi

Teymur Rəcəbov: Dinq Liren səhv etsəydi, üstünlük qazanmaq imkanı yarana bilərdi


3-04-2019, 12:47


Bu görüşdə 27-ci gedişə qədər bir neçə il əvvəl başqa turnirdə oynadığım partiyanı təkrarlayırdım. Lakin Dinq Liren ağıllı oynadı və səhvə yol vermədi. Əgər o, səhv etsəydi, üstünlük qazanmaq imkanım var idi. Ancaq Dinq Liren diqqətli oynadı və mənə belə bir fürsət yaratmadı”.

BrendSport.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin üçüncü turunda çinli Dinq Liren ilə heç-heçə başa çatan partiyadan sonra mətbuat konfransında deyib.

Çinli Dinq Liren isə rəqibin ona qarşı yaxşı hazırlaşdığını söyləyib: “Teymur maraqlı debüt etdi. Bir neçə variant var idi. Mümkün qədər ehtiyatlı oynamağa nail oldum. Heç-heçə ədalətli nəticədir. Oyunda qələbə görünmürdü. Rəqibə üstünlük qazanmağa imkan vermədim, ona görə də oyunu uzatmağa ehtiyac yox idi”.
Geri qayıt