Əsas Səhifə > Maraq > Cüdoçular yaşıllaşdırma aksiyasında iştirak ediblər

Cüdoçular yaşıllaşdırma aksiyasında iştirak ediblər


18-03-2019, 09:23
Cüdoçular yaşıllaşdırma aksiyasında iştirak ediblər

Cüdo üzrə Azərbaycan milli komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.

BrendSport.az xəbər verir ki, Yığma üzvləri ötən gün kompleksin ərazisində yaşıllaşdırma aksiyasında iştirak edib.
Payızda əkilən 400-dən çox ağaca əlavə olaraq bu yaz daha 300 meyvə ağacı və 100 dekorativ ağac əkilib.
Göygöl Olimpiya Kompleksinin direktoru cüdo üzrə olimpiya mükafatçısı Mövlud Mirəliyevdir.
Geri qayıt