Əsas Səhifə > Maraq > Messi onkolji xəstələr üçün 2,6 milyon avro köməklik edib

Messi onkolji xəstələr üçün 2,6 milyon avro köməklik edib


19-10-2018, 12:35


“Barselona”nın kapitanı Lionel Messinin xeyriyyə fondu Kataloniyada uşaq onkoloji mərkəzinə yardım edib.

Klubun rəsmi saytında yayılan xəbərə görə, xeyriyyə fondu SNF fondu ilə birlikdə tikinti işləri üçün 2,6 milyon avro maliyyə ayırıb.

Onkoloji mərkəzin 2020-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq yeni korpusunun təməlqoyma mərasimində Messi də iştirak edib.

Qeyd edək ki, klinikada hazırda 215 nəfər çalışır. Yeni mərkəzdəi isə 400 nəfər işləyəcək.
Geri qayıt