Əsas Səhifə > Maraq > Çex “Qarabağ”la oyunu buraxacaq

Çex “Qarabağ”la oyunu buraxacaq


30-09-2018, 12:02


Avropa Liqasının qrup mərhələsində mövbəti oyununu “Qarabağ”a qarşı keçirəcək “Arsenal” ciddi itki ilə üzləşib. “Sky Sports”un yaydığı xəbərə görə, komandanın əsas qapıçısı Peter Çex zədələnib.

Çexiyalı qolkiper İngiltərə Premyer Liqasının 7-ci turunda “Uotford”a qalib gəldikləri (2:0) oyunun fasiləsində meydana axsayaraq tərk edib. Ayağından zədə alan təcrübəli qolkiperi Bernd Leno əvəz edib.

Oyundan sonra komandanın baş məşqçisi Unay Emeri Çexin zədəsinin ciddi olduğunu deyib. O bildirib ki, 36 yaşlı qapıçı 2-3 həftə meydana çıxmaya bilər. Çexin oktyarbında 4-də “Qarabağ”la oyunu buraxacağı isə dəqiqdir.

Qeyd edək ki, London klubunun Sokratis Papastatopulos, Loran Koselni və Karl Cenkinson kimi futbolçuları da zədə səbəbindən “Qarabağ”la matçı buraxacaq.
Geri qayıt