Əsas Səhifə > Maraq > Ağır atletika üzrə Azərbaycan birinciliyi keçirilir

Ağır atletika üzrə Azərbaycan birinciliyi keçirilir


13-09-2018, 22:51


Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb.

Tarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Son olaraq yaşı 20-yə qədər olan atletlər 69 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Toplam 260 kq (125+135) nəticə ilə Kənan Xəlilov qızıl medalı boynundan asıb. İkinci yeri 235 kq (105+130) nəticə ilə Nurlan Rəsulov, üçüncü yeri isə 214 kq (97+117) nəticə ilə Sahibov Həsənağa tutub.

Yaşı 23-ə qədər olan gənclər arasında mütləq qaliblər sabah bütün yarışlar bitəndən sonra məlum olacaq.
Geri qayıt