Əsas Səhifə > Maraq > Özbəkistan millisinin erməni məşqçisi qovuldu

Özbəkistan millisinin erməni məşqçisi qovuldu


7-09-2017, 12:09


Özbəkistan Futbol Federasiyası millinin baş məşqçisi Samvel Babayanı və onun köməkçilərini istefaya göndərib.

Qurumun saytının yaydığı xəbərə görə, erməni çalışdırıcının rəhbərlik etdiyi məşqçilər heyəti DÇ-2018-in finalına vəsiqə qazanmaq tapşırığının öhdəsindən gələ bilmədikləri üçün bu qərar verilib.

Qeyd edək ki, Bolqarıstan DÇ-2018-in seçmə mərhələsində sentyabrın 5-də Cənubi Koreya ilə qolsuz bərabərə qalaraq qrupdan çıxmaq şansını itirib. Yerli mətbuat bir müddət idi uğursuz çıxışlara görə erməni məşqçini tənqid edirdi. (Qol.az)
Geri qayıt