Əsas Səhifə > Maraq > "Qarabağ"ın oyununu bu hakim idarə edəcək

"Qarabağ"ın oyununu bu hakim idarə edəcək


21-07-2018, 13:33
"Qarabağ"ın oyununu bu hakim idarə edəcək

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Kukesi" (Albaniya) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Matçı Norveç Futbol Federasiyasından Hobber Nilsen idarə edəcək. Ona Harald Qronevik və Oskar İsaksen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Erik Steen yerinə yetirəcək.

Qeyd edək ki, "Kukesi" - "Qarabağ" görüşü iyulun 25-i keçiriləcək. Bu komandalar arasında cavab matçı avqustun 1-i oynanılacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Geri qayıt